“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Saziş parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Tacxeber.az xəbər verir ki, layihəni Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Deputat bildirib ki, Saziş əsasən pensiya və təqaüdlərlə bağlı əməkdaşlığı nəzərdə tutur və ölkəmizin mövqeyinə uyğundur.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov həmkarlarını layihəni dəstəkləməyə çağırıb. 2022-ci il aprelin 7-də Bakı və Belqrad şəhərlərində imzalanan Saziş səsverməyə çıxarılaraq qəbul edilib.