• 23 Noyabr 2024 05:02

Azərbaycanla sərhəddəki təlimin mesajı budur – İran deputatı

İran harda lazım bilirsə, orda da hərbi təlim keçirəcək

Tacxeber.az xəbər verir ki, bu sözləri İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət üzrə komitəsinin üzvü Həsən Həmmati İRNA-ya açıqlamasında deyib.

O, ənənəvi İran “şüarını” – Cənubi Qafqazda sərhədlərin dəyişməsini İslam Respublikasının “heç bir halda” qəbul etməyəcəyini təkrarlayıb:

“İranın şimal-qərbində, Azərbaycanla sərhəddə hərbi təlimə gəlincə, bu, güc nümayişi idi – qonşu ölkələr üçün sülh və dostluq, düşmənlərə qarşı qəti cavab mesajıdır.

Bizim üçün şimal sərhədlərimizdə baş verən hadisələr önəmlidir və ona görə orda ölkəmizin hüquqları və təhlükəsizliyi üçün təlimlər keçiririk. Heç bir beynəlxalq hüquq refional ölkələrin sərhədlərinin dəyişməsinə imkan vermir. Hesab edirik ki, hər bir ölkənin öz ləyaqəti və mövqeyi var və regiondakı bütün ölkələrin ərazi bütövlüyü qorunmalıdır”.

Tacxeber.az

Oxşar xəbərlər