• 23 Noyabr 2024 09:20

Akar MÜJDƏ VERDİ: təyyarələr və tanklar istehsal ediləcək

Akar MÜJDƏ VERDİ: təyyarələr və tanklar istehsal ediləcək

Türkiyə bütün yüngül silahlar, helikopterlər, haubitsalar, pilotsuz uçuş aparatları və gəmiləri yerli və milli səviyyədə istehsal edir.

Tacxeber.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

“Biz bu səviyyəni daha da irəli aparmalıyıq. Geriyə nə qaldı? Təyyarə qaldı, tank qaldı. Biz həm təyyarələr, həm də tanklar istehsal edəcəyik. Şükürlər olsun ki, bunun üçün işçilərimiz, infrastrukturumuz, mühəndislərimiz var. Bir tərəfdən vəqf şirkətləri, universitetlər, digər tərəfdən özəl şirkətlər və ictimaiyyət bunlar bir yumruq kimi işləyir. Ölkəmizin təhlükəsizliyi, yaşaması və rifahı baxımından biz yerli və milli səviyyədə ordumuzun olmazsa olmazına cavab verməliyik”, – deyə H.Akar qeyd edib.

Tacxeber.az

Oxşar xəbərlər