• 23 Noyabr 2024 01:08

Pensiyaya çıxan zaman heç bir sənəd lazım olmayacaq

Pensiyaya çıxan zaman heç bir sənəd lazım olmayacaq

Pensiyaya çıxan və sosial müavinətə müraciət edən zaman daha heç bir sənəd təqdim etməyə ehtiyac olmayacaq.

Tacxeber.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov “Əmək Pensiyaları”, “Sosial Müvaniətlər” və “Sosial Xidmət” haqqında qanunlara edilən dəyişikliklərdən danışarkən deyin.

Deputat deyir ki, lazım olan bütün sənədlər və məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsi ilə məsul dövlət qurumunun özü tərəfindən əldə ediləcək:

“Əgər hər hansı sənəd elektronlaşdırılmayıbsa o zaman vətəndaşın razılığı ilə dövlət qurumu özü digər quruma sorğu göndərib onu əldə edəcək. Məsələn, əgər vətəndaşın pensiya yaşı tamam olubsa və o pensiyaya müraciət edibsə, o zaman həmin şəxsdən heç bir sənəd tələb edilməyəcək. Hətta hansısa sənəd, məsələn, arxiv ilə bağlı hər hansı məlumat elektronlaşmayıbsa o zaman Dövlət Sosial Müdafiə Fondu öz sorğu göndərib həmin informasiyanı əldə edəcək”.

Vüqar Bayramov hesab edir ki, bu dəyişikliklər şəffaflığın gücləndirilməsi və hesabatlılığın artırılması baxımdan əhəmiyyətlidir:

“Praktik olaraq, son dəyişikliklər ilə əksər xidmətlərə müraciət elektronlaşır və məmur-vətəndaş birbaşa ünsiyyəti minimumlaşdırır. Nəticədə, xidmətlərə müraciətlər üzrə elektron model daha da güclənir”.

Tacxeber.az

Oxşar xəbərlər