• 23 Noyabr 2024 06:23

“ABŞ-ın danışıqlar masasına əyləşməsi lazımdır” – Makron

“ABŞ-ın danışıqlar masasına əyləşməsi lazımdır” - Makron

“ABŞ-ın danışıqlar masasına əyləşməsi lazımdır” – Makron


Fransa prezidenti Emmanuel Makron ABŞ-ın Ukrayna münaqişəsinin nizamlanması prosesinin irəliləməsi üçün danışıqlar masasına əyləşməsini zəruri hesab edir.

Tacxeber.az “Point”ə istinadla xəbər verir ki, Vatikana səfərindən sonra jurnalistlərə açıqlama verən Makrondan bu barədə deyib:

“Ukraynada sülh prosesini irəlilətmək üçün ABŞ-ın danışıqlar masasına əyləşməsi lazımdır”.

Fransa rəhbəri qeyd edib ki, Roma Papası və ABŞ prezidenti Co Bayden arasında etibarlı münasibətlər mövcuddur.

“Papa ona təsir edə bilər ki, ABŞ Haiti və Ukraynadakı böhranların həllində iştirakını bərpa etsin”, – Makron əlavə edib.

Fransa prezidenti, həmçinin, Roma Papasından Ukrayna böhranını həll etmək üçün Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Bayenə zəng etməyi xahiş edib.

Papa Fransisk Makronu oktyabrın 24-də Vatikanda qəbul edib. Papanın Fransa dövlətinin başçısı ilə görüşü 55 dəqiqə davam edib.

Tacxeber.az

Oxşar xəbərlər