• 23 Noyabr 2024 07:44

Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi tətbiq edilsin – Estoniya XİN

Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi tətbiq edilsin – Estoniya XİN

Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketi tətbiq edilsin - Estoniya XİN

Estoniyanın xarici işlər naziri Urmas Reinsalu Avropa İttifaqını Rusiya Federasiyasına qarşı yeni, doqquzuncu sanksiyalar paketini tətbiq etməyə çağırıb.

Tacxeber.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti vurğulayıb ki, Reinsalu Avropa Komissiyasına yeni sanksiyalar paketinin tətbiqi, Rusiya qazı və neftinə qarşı enerji sanksiyalarının dərhal və hərtərəfli tətbiqi ilə bağlı təklif göndərib.

Bundan əvvəl Reinsalu siyasi məhbusların azad edilməsi üçün Belarus prezidenti Aleksandr Lukaşenkoya təzyiqlərin artırılmasının vacibliyini bəyan edib.

Nazir həmçinin Aİ səviyyəsində Lukaşenkoya siyasi təcrid və daha sərt sanksiyalar vasitəsilə təzyiq göstərmək üçün qərar qəbul etməyə çağırıb. Bundan əlavə, Reinsalu bir daha Belarus hakimiyyətini Rusiya tərəfində xüsusi hərbi əməliyyatda iştirak etməkdə ittiham edib.

Tacxeber.az

Oxşar xəbərlər