• 23 Noyabr 2024 04:24

Mammoloq: “Süd vəzi xərçəngi kişilərdə daha ağır formada olur”

“Kişilərdə bu xəstəlik çox az hallarda olur”.

Tacxeber.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin canlı yayımının qonağı olan nazirliyin mütəxəssis-eksperti, onkoloq-cərrah, mammoloq Həqiqət Vəliyeva deyib.

O qeyd edib ki, xəstəliyə çox az hallarda rast gəlinsə də, proses ağır gedir:

“Süd vəzi xərçəngi kişilərdə də mövcuddur. Qadınlarla eyni əlamətlər müşahidə olunur. Dəridə dəyişkənlik, çökük, gilə batması müşahidə olunur”.

Onkoloqun sözlərinə görə, vaxtı ilə süd vəzisində xərçəng xəstəliyi olan qadınların dünyaya uşaq gətirməsi ilə bağlı heç bir məhdudiyyət yoxdur:

“Onlar övladlarına süd də verə bilərlər”.

Həkim əlavə edib ki, süd vəzisindən iki halda qan gələ bilər:

“Qadınların süd vəzisində qan gəlmə halları əsasən hamiləlik dönəmində və ya süd verən zaman olur. Və ya bu proses travma nəticəsində də yaşana bilər. Qan gələndə qorxmağa ehtiyac yoxdur. Qan gəlməsi xərçəng xəstəliyinin olması demək deyil”.

Tacxeber.az

Oxşar xəbərlər