• 23 Noyabr 2024 04:05

Amerika insan haqlarını pozan İran rəsmilərini və qurumlarını boykot edib.

Amerika hökuməti 14 iranlı rəsmi və 3 quruma qarşı sanksiya tətbiq edib. Bildirilib ki, Amerikanın İran rəsmilərinə və qurumlara qarşı sanksiya tətbiq etməsinə səbəb onların etirazların yatırılmasında iştirak etməsidir.

Dövlət Departamenti yaydığı bəyanatda bunun Amerika Maliyyə Nazirliyi ilə Dövlət Departamentinin birgə razılaşması əsasında həyata keçirildiyini açıqlayıb.

“İnsan hüquqlarının ciddi şəkildə pozulmasına görə məsuliyyət daşıyan və ya onlarla şərik olan altı dövlət məmuru və SEPAH-ın üç yüksək vəzifəli məmuru, habelə Evin zindanı, Kürdüstan, Sistan-Bəluçestan zindanlarının rəisləri də sanksiyalara məruz qalıblar”-deyə, bəyanatda bildirilib.

Dağıdıcı və kəşfiyyat xarakterli kiber əməliyyatlardaəli olan İranın ETTELAAT Nazirliyinin Seyid Müctəbi Müstəfəvi və Fərzin Kərimi adlı zabitləri də sanksiya siyahısına salınıb.

Sosial şəbəkələrdə məhdudlaşdırıcı fəaliyyət göstərən “Sahabpərdaz” şirkəti də sanksiyaya məruz qalıb.

Tacxeber.com

Oxşar xəbərlər