• 23 Noyabr 2024 00:00

Çingiz Abdullayevin qardaşı qızı: “Heç vaxt həyasız adamlara…”

Çingiz Abdullayevin qardaşı qızı: “Heç vaxt həyasız adamlara...”

Çingiz Abdullayevin qardaşı qızı: “Heç vaxt həyasız adamlara…”


“Rahat olduq, həqiqətən. Düşmən – lazım deyil bizə. Bir insan Azərbaycanı dünyaya tanıtsın – onun üstünə provokasiyalar dayanmadan tökülsün. Jurnalistika oldu 90% sarı”. 

Tacxeber.az xəbər verir ki, bunu Çingiz Abdullayevin qardaşı qızı, şairə Zəhra Bədəlbəyli deyib. Sosial şəbəkədə paylaşım edən Bədəlbəyli jurnalistlərlə bağlı əmisinin ritorikasını davam etdirib:

“Əgər belə sual yaranıbsa – jurnalist kimi istintaq aparıb – bütün materialları göstərməlisən ki belə sual verəsən.  Amma yenə də təəssüf ki kitab oxumayan, ümumiyyətlə, öz dilində də yazıb – danışa bilməyən o qədər insan indi jurnalistikaya gəlib.

Rahat olduq! Çünki bir insanı hirsləndirib – onun sözünə digər bir sətiraltı məna veririk… Qılınca çevrilib – onun böyüklüyünü – qırmağa bir saniyədə razıyıq.

Onda düşmənə heç bir gərək yox. Rahatıq biz. Çünki yazanların əksəriyyəti də nə mütaliə etməyə, nə həqiqətən öz ölkəsi üçün mühüm addım atmağa hazır deyil. Amma bunu edən birisini tapdalamağa hazırdır.

Rahat olduq… Elə bildik ki, ancaq tanınmış şəxslər səhv edə bilər. Ona görə də – rahatcasına onları söyüb, onlara çox pis sözlər yazmağa özümüzü güclü saydıq.

Məmurlardan belə söz soruşa bilmərik axı – amma həssas bir emosional dünyaca tanınan yazıçıya – çox rahat verə bilərik bu sualı.

Bu jurnalistə tövsiyəm odur ki, öz xalqına həqiqətən bir dəstək olmaq istəyirsə – korrupsiya ilə mübarizə üçün bir assosiasiya yaratsın, bütün belə jurnalistləri bir araya gətirib – jurnalistik istintaqlar aparsınlar.

Yox əgər bunu edə bilmirsə – digərlərin göstərişi ilə Xalq Yazıçının üstünə cummasın. Rahat olan dost-tanışa isə arzulayıram ki, onlar heç vaxt heç bir provokasiyanın qurbanı olmasın.

Heç vaxt emosional olmasın. Heç vaxt həyasız adamlara rast gəlməsin, gəlsə əgər – o adamın yanında təəccübdən özünü itirməsin.

Hamıya ancaq və ancaq uğurlar. Bu uğurların yarısın isə – ölkəmiz, xalqımız üçün faydalı olsun həmişə”.

Tacxeber.az

Oxşar xəbərlər