• 23 Noyabr 2024 01:21

Kliçko: “Kiyev enerji obyektlərini qorumaq üçün yeni hava hücumundan müdafiə sistemləri alıb”

“Kiyevə enerji obyektlərini qorumaq üçün yeni hava hücumundan müdafiə sistemləri göndərilib”.

“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.

“Hərbçilər məni əmin ediblər ki, yeni hava hücumundan müdafiə sistemləri paytaxta gətirilib. Səma daha çox qorunacaq. Ümid edirik ki, kamikadze dronlar vasitəsilə hücumlar və təxribatlar bundan sonra baş verməyəcək”, – o deyib.

Xatırladaq ki, daha əvvəl Ukraynanın Baş naziri Denis Şmıqal Almaniyanın tədarük etdiyi IRIS-T sisteminin xüsusilə Kiyev vilayətində çox daysa insanın həyatını xilas etdiyini bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər