• 23 Noyabr 2024 06:09

Rusiya şikayət etdi, Xəlilova İstanbulda saxlanıldı

Rusiya şikayət etdi, Xəlilova İstanbulda saxlanıldı


Rusiya-Ukrayna müharibəsi ilə bağlı paylaşımlar edən jurnalist Gülsüm Xəlilova İstanbul hava limanında saxlanılıb.

Tacxeber.com xəbər verir ki, Gülsüm Xəlilova Rusiyanın şikayətiylə 16 saat İstanbul hava limanında saxlandığını bildirib: “Rusiya da mənim kimi Krım türklərindən öz vətəndaşı kimi şikayət edir. Başqa ölkədə həbs edilsəm və ya öldürülsəm, bu qədər inciməzdim. Canımızdan çox sevdiyimiz Türkiyədə bu hadisəni yaşamaq mənim üçün çətin oldu”.

Qeyd edək ki, Gülsüm Xəlilova Zaqrebdən İstanbula media ilə bağlı beynəxalq tədbirdə iştirak etmək üçün ötən gün axşam gəlib.

Saxlanılmasından 16 saat sonra sərbəst buraxılan jurnalist buna görə Mustafa Krımoğluna, Ukrayna və Türkiyə rəsmilərinə minnətdarlıq edib.

Krım tatarlarından olan jurnalist Gülsüm Xəlilova hazırda Kiyevdə yaşayır. O, Krımın işğalı ilə bağlı telexəbərlər yayımlaması ilə də məşhurdur.

Tacxeber.com

Oxşar xəbərlər