• 22 Noyabr 2024 20:43

Rusiya da sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq istəyir – Peskov açıqladı

Rusiya sülhməramlılarının Qarabağdakı mandatının uzadılmasının mümkünlüyü məsələsi Soçidəki görüşdən sonra baş tutacaq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin sammitində müzakirə oluna bilər.

“News.ru” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Qeyd edək ki, oktyabrın 29-da Ermənistan baş naziri Nikol Paşinyan rusiyalı sülhməramlılarının Qarabağda qalma müddətini uzatmağa hazır olduğunu bəyan edib. O vurğulayıb ki, mandatın uzadılması ilə bağlı sənəd 10, 15 və ya 20 il müddətinə imzalana bilər. Paşinyan Rusiya Prezidenti Vladimir Putinin bu təşəbbüslə şəxsən çıxış edəcəyinə ümidini bildirib.

Xatırladaq ki, oktyabrın 31-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli sammit keçiriləcək. Həmçinin Vladimir Putinin İlham Əliyev və Nikol Paşinyanla ayrıca söhbətləri də nəzərdə tutulur.

Qeyd edək ki, Rusiyalı sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması Azərbaycan dövlətinin maraqlarına ziddir. Rəsmi Bakının belə bir qərarın alınmasına razılaşacağı inandırıcı görünmür. Xüsusən də, Putinin son açıqlamısından sonra….

Tacxeber.com

Oxşar xəbərlər