• 23 Noyabr 2024 07:10

Antalyada sahibi ilə birlikdə dənizə girən eşşək boğuldu – FOTOLAR

Sözügedən hadisə Alanyanin “Kleopatra” çimərliyində baş verib.

Eşşəyə süni tənəffüs verən Mehmetin (sahibi) bütün səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ətrafdakı turistlər üstü örtülü olan eşşəyini qucaqlayaraq ağlayan kişiyə təsəlli veriblər. Göz yaşlarına hakim ola bilməyən Mehmeti ətrafdakı turistlər sakitləşdirməyə çalışıb.

Daha sonra Alanya Bələdiyyəsi Təmizlik İşləri Müdirliyi qrupları tərəfindən tələf olan eşşək basdırılmaq üçün ərazidən aparılıb. (Musavat)

 

Tacxeber.com

Oxşar xəbərlər