• 23 Noyabr 2024 05:42

Rusiyadan KRİTİK QƏRAR: dördtərəfli sazişə XİTAM VERİLDİ

Rusiya Sevastopolda Qara dəniz donanmasının gəmilərinə və mülki gəmilərə qarşı terror aktından sonra taxıl sazişində iştirakını dayandırıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, iyulun 22-də İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələrinin iştirakı ilə Ukrayna limanlarından “Taxıl məhsullarının daşınmasına dair” saziş imzalanıb.

İmzalanma mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş də iştirak edib.

Tacxeber.com

Oxşar xəbərlər