• 23 Noyabr 2024 04:06

Gündə neçə qaşıq şəkər qəbul etmək olar?

1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən şəkərə olan gündəlik normalar təyin olunmuşdur.

Bu göstərici  xanımlar üçün – 50 qramkişilər üçün isə – 70 qram təyin edilmişdir. Lakin müasir mütəxəssislər  bu normanın çox olduğunu düşünürlər. Məhz bunun nəticəsində, Nyukasl Universitetinin həkimləri  müasir dövr üçün gündəlik şəkər normasını – 5 çay qaşığı qədər  təyin ediblər. Bu isə öncəki göstəricilərdən xeyli az, daha dəqiq isə – 30 qram təşkil edir. Həkimlərin iddiasına görə, bu norma, ürəyin işini yaxşılaşdırır, şəkər xəstəliyindən qoruyur və dişlərə olan mənfi təsirin qarşısını alır.

Qeyd olunur ki, bu normaya, gün ərzində içdiyimiz çaya və ya qəhvəyə əlavə etdiyimiz şəkərlə bərabər, həmçinin şirniyyat, qazlı və qazsız içkilərin tərkibində olan şəkər də daxildir. (Saglamolun.az)

Tacxeber.com

Oxşar xəbərlər