• 20 Sentyabr 2024 18:33

Rusiya ordusunda MÜƏMMA: Kadırovun “vurduğu” general vəzifəsindən AZAD EDİLDİ

ChGTRK Qroznı telekanalı Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı qoşunların mərkəzi qruplaşmasının komandiri, general- polkovnik Aleksandr Lapinin vəzifəsindən azad edildiyini açıqlayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə regional medianın saytında məlumat verilib.

Telekanal hərbçinin rəhbərlikdən uzaqlaşdırılmasının səbəblərini açıqlamayıb. Bununla belə, jurnalistlər generalın Çeçenistan rəhbəri Ramzan Kadırov tərəfindən dəfələrlə tənqid edildiyini xatırladıblar.

2022-ci ilin oktyabrında Ramzan Kadırov general Lapini dəfələrlə tənqid edib. Çeçenistan rəhbərinin sözlərinə görə, Rusiya qoşunlarının Krasnı Limandan məcburi çıxarılmasına səbəb məhz Mərkəz qrupunun komandirinin yanlış hərəkətləri olub.

Kadırovun sözlərinə görə, Krasnolimanska istiqamətinin müdafiəsinə rəhbərlik etmək üçün təyin edilmiş Lapin Luqanskda “oturub ” və “Luqansk Xalq Respublikasından” (LXR) səfərbər olunanları sərhədlərə yerləşdirib, onları lazımi kommunikasiyalarla təmin etməyib. Kifayət qədər sursat verməyib.

Tacxeber.com

Oxşar xəbərlər