• 23 Noyabr 2024 09:07

Bir şəkilin tarixçəsi – FOTO

Bu şəkil və onu müşayiət edən ürək parçalayan əhvalat vaxtaşırı sosial şəbəkələrdə paylaşılır. Guya axırda uşağın ehtiyacdan oğurluq etdiyini öyrənən hakim deyir: “Bu zalda olan hər kəs və mən bu əmələ görə günahkarıq. O zaman bütün məhkəmə iştirakçıları 10 $ ilə cəzalanaq . Siz hər biriniz 10 $ göndərənə qədər kimsə məhkəmə zalını tərk etməyəcək. Hakim də 10 $ – rını verdikdən sonra, ac uşağı polisə təslim edən market sahibinə 1000 $ pul cəzası verir.

Bunun ardınca şərhlərdə göz yaşı axır, “kopoolunun soveti” deyərək ah çəkilir. Maraqlanan da olmur ki, hakim hansı qanuna, maddəyə əsasən məhkəmədə oturanları, xüsusən də market sahibini günahkar hesab edərək cərimə cəzası kəsib.

Əsl məsələ isə odur ki, bu uşaq çörək oğrusu deyil, qatildir.

Kristian Fernandes 1999-cu il yanvarın 14-də qeyri-normal ailədə dünyaya gəlib. Anasının cəmi 12 yaşı olub, bu səbəbdən 25 yaşlı atası həbs edilib. Babası və nənəsi narkoman olublar. Özündən böyük kuzeninin Fernandesi dəfələrlə zorladığı deyilir.

2011-ci il martın 14-də Fernandes evdə ikilikdə olduğu iki yaşlı qardaşının başını dəfələrlə kitab şkafına çırpmaqla ağır xəsarətlər yetirib və körpə keçinib.

Rus və ingilis dillərindəki saytlarda ona verilən cəza ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Daha inandırıcı görünən odur ki, Kristian Fernandes 8 ilə yaxın müddətdə həbsdə qaldıqdan sonra, 2018-ci il yanvarın 15-də, 19 yaşı tamam olan günün sabahısı daha 8 il sınaq müddəti şərti ilə azadlığa buraxılıb.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər