• 23 Noyabr 2024 08:47

Heyva çayının faydaları

Heyva çayının – faydaları

Heyva çayının - faydalarıHeyva çayı heyvanın yarpaqlarından və meyvəsindən əldə edilə bilər. Şiddətli öskürəyin qarşısını alması, bəlğəm kəsici olması və təzyiqi tənzimləməsi heyva çayının faydaları arasındadır. Xüsusilə payız aylarında içilir.

Bundan başqa heyva çayının bir çox faydası var. Mədə bulantısı və müxtəlif xəstəliklərinə faydalıdır. tərkibindəki fenolik və fito qida maddələri antioksidanlar sayəsində xərçəng növvlərinə qarşı qoruyur.
Lif baxımndan zəngin olduğu üçün həzm sistemini gücləndirərək artıq çəkilərdən xilas olmağa kömək edir.

İshal, qəbzlik kimi bağırsaq xəstəliklərinə faydalı bir çaydır.

Tərkibindəki C, E vitaminləri və antioksidanlar sayəsində immunitet sistemini gücləndirir. C vitamini bədəndəki viruslar və bakteriyalara qarşı bədəni qoruyur.

Tərkibindəki antioksidanlar sərbəst radikalların dəri hüceyrələrinə verdiyi zərəri azaldır. Bu səbəblə dəri qırışıqlıqlarının qarşısını alır.

Tacxeber.com

Oxşar xəbərlər