• 23 Noyabr 2024 06:13

Məkkəgülü çayı – ərəblərin BÜTÜN XƏSTƏLİKLƏRİN DƏRMANI saydıqları içki

Məkkəgülü çayı – ərəblərin BÜTÜN XƏSTƏLİKLƏRİN DƏRMANI saydıqları içki


Məkkəgülü (karkade) çayını ərəblər bütün xəstəliklərin dərmanı adlandırırlar. Sözsüz ki, bu içkinin belə qiymətləndirilməsi təsadüfi deyil. Öz zəngin tərkibi ilə məkkəgülü çayı bir çox dərdlərin təbii dərmanıdır.

Tərkibində 13 üzvi turşu olan bu içkinin dadı turş, rəngi qırmızıdır.

Hibiskus bitkisinin ləçəklərindən hazırlanan məkkəgülü çayı qan təzyiqi və 2-ci tip şəkərli diabet xəstəlikləri üçün olduqca faydalıdır.

Hibiskus bitkisi antioksidantlara zəngin olduğundan orqanizmi cavanlaşdırır, onu azad radikalların təsirindən qoruyur, xoşxassəli və bədxassəli şişlərin yaranmasının qarşısını alır.

Bu çayı soyuqdəymə və qripin profilaktikası üçün ən təsirli vasitə hesab etmək olar.

Öskürəyə qarşı xeyirlidir və xəstəlik zamanı yüksək temperaturu normaya salır.

Məkkəgülü çayı qan damarlarını möhkəmləndirir, qanda xolesterinin miqdarını azaldır, damar tıxaclarının yaranmasının qarşısını alır.

Bədənin ümumi tonusunu normasında saxlayan bu içki orqanizmin immun sistemini gücləndirir, xəstəliklərə qarşı müqavimətini artırır.

Məkkəgülü çayının orqanizmə faydalarından biri də onun sinir sisteminə müsbət təsir göstərməsi, əsəb gərginliyini, fiziki və zehni yorğunluğu aradan qaldırmasıdır.

Tərkibində kversitin olduğuna görə məkkəgülü çayı göz yorğunluğunu da götürür, görmə qabiliyyətini yaxşılaşdırır. Kompüter qarşısında saatlarla oturanlar üçün bu çay ən yaxşı içkidir.

Məkkəgülü çayı qaraciyərin fəaliyyətinə də müsbət təsir göstərir.

Ödqovucu xassəyə malikdir, öd ifrazını normallaşdırır.

Zərərli maddələrin orqanizmdən xaric olmasına kömək edir.

Böyrək iltihabı zamanı xeyirlidir, sidikqovucu xassəyə malikdir.

Piylənmənin qarşısını alır, arıqlamaq istəyənlər üçün effektli vasitədir.

Məkkəgülü çayı kişi sağlamlığı üçün də xeyirlidir, o potensiyanı gücləndirir, cinsi fəallığı artırır.

Mədə xorası və qastrit xəstəlikləri olanlar məkkəgülü çayından məhdudiyyətlə istifadə etməlidirlər. Belə ki, bu içki mədə şirəsinin turşuluq dərəcəsini artırır. O cümlədən öd daşı xəstəliyinin kəskinləşdiyi dövrdə də məkkəgülü çayından istifadə etmək məsləhət görülmür.

Tacxeber.com

Oxşar xəbərlər