• 23 Noyabr 2024 05:29

“Qarabağı Azərbaycana daxil edəcək istənilən sənəd cırılmalıdır” – Daşnaksütyun

“Qarabağı Azərbaycana daxil edəcək istənilən sənəd cırılmalıdır” - Daşnaksütyun


“Qarabağı Azərbaycana daxil edəcək istənilən sənəd cırılmalıdır”.

Tacxeber.com xəbər verir ki, bunu oktyabrın 30-da Qarabağdakı separatçı rejimin qondarma “parlament”ində “Daşnaksütyun” partiyasının fraksiya rəhbəri Artur Mosiyan deyib.

“Müxtəlif beynəlxalq aktorlar ümumbəşəri hüquqlara deyil, müxtəlif güc mərkəzlərinin regional maraqlarına əsaslanan sənədləri yayırlar.

Bu yaxınlarda Ermənistan parlamentində belə bir sənəd cırılıb.

Qarabağı Azərbaycana daxil edəcək istənilən sənədi kimin təqdim etməsindən asılı olmayaraq cırılıb atılmalıdır. Çünki bu sənəddə yeni soyqırım təhlükəsi və ermənilərin Qarabağdan qovulması təhlükəsi olacaq. Onların birləşib hüquqlarını müdafiə etməklə bunun qarşısını almaq mümkün olacaq. Bu uzunmüddətli mübarizədir.

Sülhün qiymətini erməni xalqından yaxşı heç kim bilmir, amma əsl sülhə nail olmaq üçün sülh illüziyalarından, zəiflərin komplekslərindən və onları yayan insanlardan əl çəkmək lazımdır”, – deyə deputat vurğulayıb.

Qarabağ erməniləri, 30 il əvvəl olduğu kimi azad və müstəqil “dövlət”i müdafiə etməyə hazırdırlar.

44 günlük müharibədən sonra ölkəmizi yeni çağırışlar gözləyir. Azərbaycan lideri iddia edir ki, Qarabağ problemi yoxdur, guya onlar həll ediblər”, – Mosiyan sarsaqlayıb./Konkret.az

Tacxeber.com

Oxşar xəbərlər