Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədlinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılması ilə bağlı ötən həftə mediada məlumatlar yayılmışdı.
Tacxeber.com xəbər verir ki, Publika.az hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən baş verən olayın təfərrüatını öyrənib.
Bildirilir ki, partiya sədri müxtəlif vaxtlarda xeyli sayda tanışından (təxminən 30 nəfər) dələduzluq yolu ilə külli miqdarda pul alıb. DİN-in müvafiq idarəsi həmin zərəçəkənlərin şikayəti əsasında A.Əsədlini saxlayaraq dindirib. A.Əsədli zərərçəkənlərə dəyən ziyanın ödənilməsi ilə bağlı konkret vaxt istədikdən sonra azadlığa buraxılıb.
Zərəçəkənlər arasında Yüksəliş Partiyasının rəhbərliyində təmsil olunan keçmiş cəbhəçi Oqtay Qasımovun da adı çəkilir. Məlumatlara görə, A.Əsədli O.Qasımovdan 150 min manat alaraq qaytarmayıb.
O.Qasımov bununla bağlı danışmaq istəmədiyini bildirib.