• 22 Noyabr 2024 08:35

Paşinyan Putinin çətiri altında: Qərbə mesaj

Paşinyan Putinin çətiri altında: Qərbə mesaj  Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü böyük maraq doğurur.

Artıq bir neçə gündür ki, yerli və xarici KİV-lər görüşdə müzakirə olunacaq məsələləri ən müxtəlif aspektlərdən təhlil edirlər. Bu görüşü Qarabağ münaqişəsinin həllində dönüş nöqtəsi kimi dəyərləndirənlər də var.

Tacxeber.com xatırladır ki, artıq hər 3 lider Soçidədir.

İlk görüş Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilib.

Liderlərin görüşündə maraqlı məqam Vladimir Putinin pis hava şəraitinə görə Paşinyandan üzr istəməsi oldu. Müşahidəçilər bunu Rusiya prezidentinin erməni Baş naziri ələ salması, onunla məzələnməsi kimi qiymətləndirirlər.

İkinci maraqlı məqam isə Putinlə Paşinyanın eyni çətir altında poz verməsidir. Şəkildən də göründüyü kimi, çətiri Putin tutub, Paşinyan isə onun yanında dayanıb. Analitiklər bu şəklin ciddi siyasi məna kəsb etdiyini düşünürlər. Onların fikrincə, Putin bununla Qərbə mesaj verərək, Paşinyanın öz çətiri altında olduğunu göstərmək istəyir.

Paşinyanın bu çətirin altında çox qalıb-qalmayacağını isə zaman göstərəcək. Siyasi cəhətdən korafəhim olan erməni liderlərin yağışdan çıxıb, yağmura düşdüyünü çox görmüşük…

Tacxeber.com

Oxşar xəbərlər