• 23 Noyabr 2024 03:56

Nikol İrana bu silahı almağa gedib – Korotçenko

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana yeni silahlar, kamikadze dronlar üçün gedib. Nikolun Tehranın daha fəal siyasi mövqeyinə ehtiyacı var. Amma unutmayaq ki, İrəvana hazırda Qərb də dəstək verir.

Tacxeber.com xəbər verir ki, bu fikirləri tanınmış rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko bölüşüb.

“İlin sonuna qədər sülh sazişinin imzalanması böyük ehtimalla baş tutacaq, eyni zamanda Azərbaycan Ermənistanın bu müddət ərzində də yeni təxribatlarına hazır olmalıdır. Amma hazırda nəyisə dəqiq söyləmək çox çətindir. Proseslər dinamik şəkildə cərəyan edir. Buna əsaslanaraq nəyinsə dəqiq proqnozlaşdırılması olduqca problemlidir. Ona görə də mən 60% qeyd edirəm ki, sülh müqaviləsi ilin sonuna kimi imzalanacaq, 40% – imzalanmayacaq. Mən Bakının sülh müqaviləsi bağlamaq istəyini başa düşürəm, İrəvanın “status” məsələsini yenidən qabartmaq və Avropa strukturlarına təzyiq göstərmək üçün bir fürsət imkanını Azərbaycanın rədd etmək istəyi də başa düşüləndir. Güman edirəm ki, Azərbaycan Prezidenti bütün bunları görür və diplomatiyasını elə quracaq ki, son nəticə ölkəsinin lehinə və məlum 5 prinsip əsasında olsun”, – deyə o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər