Bütün Qafqazın şeyxi Şeyxülislam Hacı Allahşükür Paşazadə İranla bağlı verdiyi müsahibəsindən sonra SEPAH-a bağlı sosial media kanallarının hədəfinə çevrilib.
“MOUZE” teleqram kanalı xəbər verir ki, İran mediası onu “sionistlərə qulluqda” ittiham edib. Qaralama kampaniyasına Azərbaycanda axtarışda olan və İrana sığınan “Hüseyniyyun” qruplaşmasının sosial media kanalları da qoşulub.
Bir neçə gün bundan öncəyə kimi Qafqaz Müsılmanları İdarəsinin sədrinə qarşı ehtiyatlı davranan adıçəkilən qruplaşmanın üzvləri indi şeyxin “Şeytana biət etdiyini” yazır, onu casus adlandırırlar.
Xatırladaq ki, Allahşükür Paşazadə “Real TV”yə verdiyi son müsahibəsində İranın Azərbaycana xəyanət etdiyini demişdi: “Mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı”.