• 23 Noyabr 2024 07:15

“ABŞ İranın Rusiyaya silah satmasının qarşısını alacaq”

"ABŞ İranın Rusiyaya silah satmasının qarşısını alacaq"

ABŞ İranın Rusiyaya silah verməsinin qarşısını almaq üçün bütün mövcud vasitələrdən istifadə etmək niyyətindədir.

Tacxeber.com CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays bildirib.

“Bir neçə aydır ki, ABŞ İranın Rusiyaya pilotsuz uçuş aparatları tədarükü yollarını araşdırır. Vaşinqton bu cür cavab tədbirləri üçün uyğun ola biləcək vasitələri – sanksiyaları, digər maliyyə tədbirlərini diqqətlə öyrənir”, – Prays bildirib.

Sözçü əlavə edib ki, ABŞ İranın Rusiyaya hər hansı silah satmasını çətinləşdirmək üçün həm Rusiya, həm də İranın silah ticarəti sənayesinə qarşı bütün mövcud sanksiyaları tətbiq edəcək.

Tacxeber.com

Oxşar xəbərlər