Bakıda köhnə binalar söküləcək, əvəzində yeniləri inşa ediləcək.
Tacxeber.com-ın məlumatına görə, bu barədə mediaya müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.
O deyib ki, paytaxtda hər iki sakindən biri SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır. Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 və 9 mərtəbəli binalar və fərdi yaşayış evləri söküləcək. Həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər
Şəhər meri qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.
Həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.
Eldar Əzizovun sözlərinə görə, proses daimi xarakterlidir.