• 23 Noyabr 2024 07:18

Rusiya “taxıl dəhlizi“ni bərpa etdi – Bəyanat

Rusiya “taxıl dəhlizi“ni bərpa etdi - Bəyanat  Rusiya Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracına dair sazişin icrasını bərpa edir.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, BMT və Türkiyənin iştirakı sayəsində Ukraynadan “taxıl dəhlizi”nin Kiyev tərəfindən Rusiyaya qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə olunmayacağına dair yazılı təminatlar alınıb:

“Rusiya Federasiyası hesab edir ki, hazırda alınan zəmanətlər kifayət qədərdir və sazişin – Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınması təşəbbüsünün (“Qara dəniz təşəbbüsü”) icrasını bərpa edir”.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Moskva “taxıl müqaviləsi”nin taleyi ilə bağlı Ankara ilə təmasları davam etdirir.

Tacxeber.com

Oxşar xəbərlər