• 23 Noyabr 2024 09:13

Polad Həşimovun anası: “Bu mövzuda danışanda əsəbləşirəm”

Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, qazilərə diqqət və qayğı dövlətin prioritetidir. Hər zaman şəhid ailələrinə, qazilərimizə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev onların hərtərəfli təminatı üçün bir sıra fərman və sərəncamlar imzalayıb.

Buna baxmayaraq, bir qrup şəhid ailəsi və qazilər zaman-zaman bəzi problemlərlə üzləşdiklərini bildirirlər.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova qeyd edib ki, şəhid və qazi ailələrinin problemlərinə bəzən dövlət qurumları laqeyd yanaşırlar:

“Şəhid ailələri bütün günü evin içində olurlar. Mən özüm də xəstə adamam, müalicə alıram. Dəfələrlə bu barədə danışmışam. Bu mövzuda danışdıqca da əsəbləşirəm. Problemləri Müdafiə Nazirliyindən soruşsanız deyərlər, onlar da cavab vermirlər. Hər şeyi Müdafiə Nazirliyi yaxşı bilir. Hansı şəhid ailəsinin, hansı qazinin problemi olduğunu, kimə nələr edildiyini, kimlərə heç nə edilmədiyini onlar bilirlər. Camaatın uşağını yığıb əsgərliyə aparanda gəlib məndən icazə alıb aparmamışdılar, nə də mən onları döyüşə göndərmişdim. Hərbi komissarlıq və Müdafiə Nazirliyi problemləri yaxşı bilir. Bu problemləri həll etmək də onların vəzifəsidir”.

Tacxeber.com

 

Oxşar xəbərlər