İranda öldürülən və həbs edilən etirazçıların sayı açıqlanıb.
Tacxeber.comxəbər verir ki, İran İnsan Haqları Təşkilatı noyabrın 30-a yaydığı məlumatda 17 sentyabrdan 1 noyabr axşam saatlarına qədər İranda davam edən etiraz nümayişlərində 47-i uşaq olmaqla 288 nəfərin hökumət qüvvələri tərəfindən öldürüldüyünü bildirib.
Bununla yanaşı, məlumatda 14161 nəfərin tutulduğu və onlardan 1694-nün kimliyi və saxlanıldığı yerin dəqiqləşdirildiyi qeyd edilib.
Habelə bu müddət ərzində 133 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 129 universitetin tələbələri bu nümayişlərə dəstək veriblər.