Ukrayna Prezidenti Vladimir Zelenski və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Tacxeber.com xəbər verir ki, bu barədə Zelenski Tvitter hesabında yazıb.
“Türkiyə Prezidenti Ərdoğana taxıl sazişinin qorunub saxlanmasında fəal iştirakına, Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi davamlı dəstəyə görə təşəkkür etdim. Biz Ukrayna əsirlərinin və siyasi məhbusların qaytarılması ilə bağlı gələcək addımları müzakirə etdik”, – Zelenski qeyd edib.