• 20 Sentyabr 2024 02:35

İlham Əliyev iki ədəd “TOGG” istəyib – Ərdoğan detalları açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan “TOGG” avtomobili istəməsindən danışıb.

Ərdoğan jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən bu barədə də detalları açıqlayıb.

“Əliyev “İki maşın da mən istəyirəm. Birini ofisdə istifadə edəcəm” dedi. Rəng haqqında danışmadıq. O, bugünkü söhbətimizdə bunu mənə bir daha xatırlatdı”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidenti avtomobilin qiymətinin isə 2023-cü ilin mart ayında elan olunacağını deyib.

Tacxeber.com

Oxşar xəbərlər