• 25 Noyabr 2024 07:31

“Dedilər ki, Nazimlə eyni verilişə çıxmaq istəmirik”

Faytonçu ləqəbli müğənni Nazim Pişiyari Nura Suri ilə aralarında olan küsülülüyün səbəbini açıqlayıb.

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, sənətçi Nuranın onunla eyni proqrama qatılmaq istəmədiyini, qalmaqalında ondan başladığını bildirib:

“Nuranın xətrini çox istəyirdim. Anasını, atasını tanıyıram. ATV kanalında verilişə getdim, Nura qayıtdı ki, Nazim gəlirsə, gedirəm. Səbəni bilmirəm. Soruşdum niyə? Qayıtdı ki, istəmirəm. Kərim də (müğənni Kərim Abbasov – red.) orada idi, dedilər çıxmırıq efirə. Mən də çıxıb getdim. Bu da maqazin proqramlarında mövzu oldu və söhbət şişdi”.

Qeyd edək ki, ifaçılar arasındakı qalmaqal “Maşın” şouda başlayıb. Yarışmanın ilk günü Kərimi şoudan aşıq Namiq Nazim Pişiyarinin sifarişi ilə uzaqlaşdırmışdı. Kərim daha sonra onun ünvanına “dovşan” sözünü deyib. Onlar aralarındakı mübahisənin 12 ildən çox olduğunu açıqlayıb. Qalmaqal isə toy məclisində başlayıb. Kərim deyib ki, məclisdə Nazim mikrofonu ona verməyib.

Nazim isə Kərimdən intiqam aldığını danmayıb və “Şəxsən mən demişəm ki, Kərimi çıxart. 12 il deyil. Bu yaxınlarda da Kərim bir şey etdi. Mən elə pərt oldum ki… İndi intiqam alıram” sözlərini söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər