Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan “TOGG” avtomobili istədiyini deyib.
Bunu Ərdoğan jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən bildirib.
“Avtomobillə bağlı ikinci təklif gəldi və bu təklifi edən İlham Əliyev oldu. O, iki “TOGG” istədiyini bildirdi. İlham Əliyev bu avtomobillərdən birini xidməti, digərini isə iqamətgahda istifadə edəcəyini qeyd edib. Hətta bu gün telefon danışığımızda da bunu xatırlatdı”.
Jurnalistin İlham Əliyev hansı rəngdə avtomobil istəməsinə dair suala isə Ərdoğan belə cavab verib: “Rəng məsələsini müzakirə etmədik. Düşünürəm ki, İlham Əliyev avtomobilin hansı rəngdə olmasını Mehriban xanımla müzakirə edib bizə məlumat verər”. (Metbuat)