• 23 Noyabr 2024 04:08

Təbrizdə molla ölümcül döyülməsi adi hal olub.

Tacxeber.com xəbər verir ki, İranda mollaların döyülməsi dəb olub: Təbrizli molla ölümcül döyüldü

Xüsusilə son həftələr İranın müxtəlif şəhərlərində mollaların döyülməsi və əmmamələrinin başlarından götürülməsi gənclər arasında dəb halı alıb.

Noyabrn 2-də Təbrizin Qüds şəhərciyinin Yağçiyan məscidinin imamı Höccətülislam Əmirxanı məsciddən evinə qayıdarkən naməlum gənclər tərəfindən döyülüb.

Mediaya açıqlamasında Əmirxani gənclərin onu vurub yıxdıqdan sonra təpiklədiklərini, qol və qıç sümüklərinin çatladığını və bir neçə dişinin sındırıldığını deyib. O, hücum edənlərin iki minik avtomobili ilə onu izlədiklərini və saylarının 7-8 nəfər olduğunu bildirib.

Qeyd edək ki, son vaxtlar mollalara qarşı edilən hücumlar və onların əmmamələrinin başlarından vurub salınmasının gənclər arasında dəbə çevrilməsindən sonra ictimai yerlərdə görünən mollaların sayı kəskin azalıb.

Onların çoxunun artıq evdən çıxmağa məcbur olarkən molla libasında deyil, adi geyim geyindikləri bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər