• 22 Sentyabr 2024 22:35

Dostu tərəfindən güllələndi, xanımının gözü qarşısında… – Dövlət başçılarına qarşı ən səs-küylü sui-qəsdlər

Dostu tərəfindən güllələndi, xanımının gözü qarşısında... – Dövlət başçılarına qarşı ən səs-küylü sui-qəsdlər

 

 

Ötən gün 2018-2022-ci illərdə Pakistanın Baş naziri olmuş İmran Xana qarşı sui-qəsd cəhdi edilib. Nəticədə bir nəfər ölüb, 13 nəfər yaralanıb. Ümumiyyətlə, tarix boyu bir çox liderlərə qarşı sui-qəsd cəhdi edilib, nəticədə bəziləri dünyasını dəyişib. 

Sfera.az dünya liderlərinə qarşı həyata keçirilmiş ən səs-küylü sui-qəsdlərin bir qismini təqdim edir…

Qohumu tərəfindən güllələndi…

Misiri vurun, Suriyanı bölün, İraqı parçalayın'' - Islam Times

1964-1975-ci illərdə Səudiyyə Ərəbistanının kralı olan Feysəl bin Əbdüləziz – O, ölkəsində mühüm islahatlara imza atıb. Televiziyaların yaradılmasına, qız məktəblərinin açılmasına şərait yaradıb. Yom Kippur müharibəsində ABŞ-ın İsrailə verdiyi dəstək səbəbiylə Neft İxrac Edən Ərəb Ölkələri Birliyinin neft embarqosu qərarında və tarixdə “1973 Neft Böhranı” kimi tanınan hadisədə mühüm rol oynayıb. Kral Feysəl 1975-ci il, 25 mart tarixində öz sarayında qardaşı oğlu Feysal bin Musad tərəfindən güllələnib.

Arxadan vurulan zərbə…

Park Chung-hee - Wikipedia

Cənubi Koreyada 1961-ci ildə hərbi çevrilişlə hakimiyyəti ələ keçirən prezident Park Çunq-hi – O, ən çox güvəndiyi şəxs tərəfindən sui-qəsdə məruz qalıb. Belə ki, Park Çunq  1979-cu il oktyabrın 26-da dostu Kim Jae Kyu tərəfindən restoranda güllələnib. Mənbələr kəşfiyyat rəhbəri olan Kimin ölkəni “dəmir yumruqla” idarə etdiyi bildirilən Parkı Cənubi Koreyada demokratiyanı qorumaq üçün öldürdüyünü bildirib.

“Satqın” elan edilərək öldürüldü…

Alman casusu, İsrailin dostu, “zəif” və qəddar prezident... –

Misirdə keçmiş prezident Camal Abdel Nasirin ölümündən sonra hakimiyyətə gələn Ənvər Sədat – O, İsraillə yaxınlaşdığı üçün öldürülüb. Belə ki, Sədatın prezidentliyi dövründə 6 oktyabr 1973-cü ildə ərəb ölkələri, o cümlədən Misir və İsrail arasında “Yom Kippur” müharibəsi başlayıb.  Bu müharibədən sonra Qahirə ilə Təl-Əviv arasında “Misir-İsrail Sülh Müqaviləsi” imzalanıb. 6 oktyabr 1981-ci ildə Misir prezidenti Sadat rəsmi parad zamanı Xalid əl-İslambuli və dostları, sonradan İslami Cihad Hərəkatının üzvü olduqları elan edilən Misir ordusunun zabitləri tərəfindən güllələnib. “Müqəddəs prezident” kimi tanınan Sədat ərəb ölkələrini 1967-ci il sərhədləri ilə İsraili tanımağa çağırsa da, “satqın” elan edilərək öldürülüb.

Sui-qəsd qurbanı olan qadın lider…

Hindistanın “Dəmir ledisi” - iki dəfə baş nazir seçilən İndira Qandi necə öldürülüb... - TARİX

Hindistanın ilk və yeganə qadın baş naziri İndira Qandi – O da öldürülən liderlər arasındadır. Qandi 31 oktyabr 1984-cü ildə siqhlərə məxsus olan “Qızıl məbəd”ə hərbi basqın təşkil etmək əmri verib. Məhz bu səbəbdən 2 siqh mühafizəçisi tərəfindən güllələnib. Qandinin qətlindən sonra Hindistanda siqhlərə edilən hücumlarda minlərlə insan həlak olub.

Həyat yoldaşının gözü qabağında…

Eks- Baş Naziri öldürən şəxsin kimliyi 34 il sonra məlum oldu » Kanal14.az

İsveçin keçmiş baş naziri Olof Palme – O,  Cənubi Afrikadakı irqçi rejimlə yanaşı, həm ABŞ, həm də Sovet İttifaqını tənqid edirdi. Palme 28 fevral 1986-cı ildə həyat yoldaşı ilə getdiyi kinoteatrdan çıxarkən arxadan yaxınlaşan bir adamın atəş açması nəticəsində ölüb. Həmin gün mühafizəçiləri onun yanında olmayıblar. Sui-qəsd haqqında onlarla kitab yazılsa da, qətllə bağlı sualllara ətraflı cavab tapılmayıb.  Qeyd edək ki, Palme hökuməti 1984-cü ildə PKK-nı terror təşkilatı kimi tanıyıb.

Sülh istəyirdi, amma…

Yitzhak Rabin | Biography, Nobel Peace Prize, Death, & Facts | Britannica

İsrailin keçmiş baş naziri Yitzhak Rabin də sui-qəsd qurbanı olan liderlər sırasındadır. İsraillə Fələstin arasında sülh yaratmaq cəhdləri, demək olar ki, onun sonunu hazırlayıb. Rabin 13 sentyabr 1993-cü ildə Fələstin Azadlıq Təşkilatı ilə İsrail arasında iki dövlətli həll təşəbbüsü üçün imzalanmış “Oslo Sazişi”nin iştirakçısı olub, yəni müqaviləyə imza atıb. Leyboristlər Partiyasının keçmiş lideri olan Rabin 1995-ci il noyabrın 4-də Tel-Əvivdə keçirilən mitinqdən sonra israilli “ifrat sağçı” Yiqal Əmir tərəfindən güllələnib. Rabinin öldürülməsindən sonra Fələstin-İsrail məsələsinin iki dövlət əsasında həlli perspektivi daha da çətinləşib.

Ondan sonra ölkə sarsıldı…

Rəfiq Əl-Həririnin terroru üzrə məhkəmənin qərarı Hizbullah Müxalifətinin məğlubiyyəti deməkdir - Sahar Azeri

“Livanı yenidən quran siyasətçi” kimi tanınan keçmiş baş nazir Rafik əl-Həriri – O, 1992-ci ildə hakimiyyətə gəlib. Müharibənin izlərini silmək üçün yenidənqurma işlərinə rəhbərlik edən Həriri 2005-ci il fevralın 14-də paytaxt Beyrutda avtomobilin partladılması ilə sui-qəsd qurbanı olub. Livan Həririnin qətlindən sonra ciddi qütbləşib və siyasi qeyri-müəyyənliklər ölkəyə dərindən təsir edib.

Silahlı basqın…

Haiti President Jovenel Moïse assassinated: Interim PM | News | Al Jazeera

Sui-qəsd qurbanı olan liderlərdən biri də Haiti prezidenti Jovenel Moisedir. 53 yaşlı prezident  7 iyul 2021-ci ildə silahlı şəxslərin evinə hücumu zamanı həlak olub. Onun həyat yoldaşı Martine Moise yaralanıb. Sui-qəsdlə bağlı ən azı 40 nəfər saxlanılıb. Hələ də sirr olaraq qalan hadisədə tutulan şəxslərin heç birinə rəsmi ittiham irəli sürülməyib.

Tacxeber.com

Oxşar xəbərlər