• 23 Noyabr 2024 09:12

Rusiyaya işləyən ukraynalı deputat saxlanıldı

Rusiyaya işləyən ukraynalı deputat saxlanıldı

Ukrayna Təhlükəsizlik xidməti Xarkov vilayətinin azad edilmiş ərazilərində sabitləşdirmə tədbirləri zamanı Ruslara işləyən Kupyan rayonunun deputatını saxlayıb. 

Bu barədə SBU-nun mətbuat xidmətindən məlumat verilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, Kupyan rayonunun kənd sovetlərindən birinin deputatı bir neçə kənd təsərrüfatı müəssisəsinin sahibi olmaqla ruslara ilk yardım təklif edənlərdən olub.

Xüsusilə, o, yerli işğal administrasiyasında aqrobiznesi “yenidən qeydiyyatdan keçirib” və Rusiya büdcəsinə vergi ödəməyə başlayıb. Eyni zamanda o, yığılan məhsulun əsas hissəsini Rusiya Federasiyasında satmalı idi.

Deputata Ukrayna Cinayət Məcəlləsinin 111-2 maddəsi ilə cinayət  işi açılıb.

Tacxeber.com

Oxşar xəbərlər