• 23 Noyabr 2024 04:26

Tbilisidə qiymətlər: Bakı ilə özünüz müqayisə edin – SİYAHI

Bu yazıda İrəvandakı qiymətləri təqdim etmişdik. Bu dəfə isə karantinə qədər azərbaycanlıların tez-tez üz tutduğu Gürcüstan paytaxtından söz açacağıq.

Tbilisidə McDonalds-da nahar etmək üçün 10 manat pul lazımdır.

Spirtli içki ilə iki nəfərlik nahar 27 AZN

Otel qiymətləri 98-450 AZN

Təxmini taksi qiyməti 4.2 AZN

İctimai nəqliyyat 0.46 AZN

Benzinin litri 1.31 AZN

Ən ucuz benzin 1.2 AZN

(Bu il üçün Gürcüstanda benzinin 1 litri 2.12 AZN göstərilir)

Haşiyəyə çıxaraq qeyd edim ki, söhbət nisbətən səviyyəli otellərdən gedir. Bakıdakı kimi 20-30 manatlıq ucuz gecəqondular Tbilisidə də var. İrəvandakı kimi, Tbilisidəki qiymətlərdə də əsas mübahisə mərkəzi yanacaq və ictimai nəqliyyatdır.

Kapuçino 2.81 AZN

0.5 mineral su 0.19 AZN

Yerli pivə 1.39 AZN

Marlboro kimi siqaretlər 2.07 AZN

Ərzaq qiymətləri

Qarabaşaq (qreçka) 800qr 4.27 AZN

Düyü 800qr 3.81 AZN

Makaron 400qr 1.86 AZN

Bitki yağı 1litr 4.96 AZN

Xama 800ml 3.72 AZN

Süd 1litr 1.49 AZN

Qatıq 1litr 2.94 AZN

10 ədəd yumurta 2.97 AZN

Dondurulmuş döş ətinin kilosu 9.29 AZN

Sarımsaq 250qr 0.53 AZN

Soğan 1kq 0.62 AZN

6litr içməli su 2.26 AZN

1 kiloluq çörək 0.62 AZN

Təxmini qiymət fərqini bilmək üçün bu qədər informasiya kifayət edər. Gələn yazıda digər qonşu dövlətlə tarif müqayisəsi aparılacaq. (Konkret.az)

Tacxeber.com

Oxşar xəbərlər