• 23 Noyabr 2024 06:41

Növbəti maqnit qasırğası

Növbəti maqnit qasırğası

Xəbər verdiyimiz kimi yaxın günlərdə mütəxəssislər Yer kürəsində güclü maqnit qasırğalarının olacağını proqnozlaşdırmışdı.

Maqnit qasırğaları xüsusən də meteoroloji həssas insanlara mənfi təsir göstərəcək. İnsanlarda baş ağrıları, təzyiq, başgicəllənmə daha çox müşahidə ediləcək.

Növbəti güclü maqnit qasırğası şənbə günü, noyabrın 5-də gözlənilir. Onun gücü 5 balla qiymətləndirilir. Digər sadaladığımız hallarla yanaşı, kəskin əhval dəyişikliyi, yorğunluq, depressiya da ola bilər.

Atmosferin dəyişkənliyi xüsusilə hamilə qadınlara, yaşlılara təsir edə bilər. Bundan əlavə, psixi xəstəlikdən əziyyət çəkən insanların durumunda da mənfi dəyişiklik ola bilə. Mərkəzi sinir sistemi də geofiziki hadisələrə çox həssasdır.

Eyni zamanda ekspertlər tamamilə sağlam insanların da atmosfer dəyişkənliyini hiss edəcəklərini bildirir.

Həkimlər hava şəraitindən asılı olan insanlara və təzyiq problemi olan insanlara bəzi qaydalara əməl etməyi tövsiyə edir:

Bu günlərdə hipertansif xəstələr daha çox su içməli, duz qəbulunu azaltmalıdırlar. Çünki duz bədəndə mayeni saxlayır və təzyiqin artmasına səbəb olur.
Meteohəssas insanlar kifayət qədər yatmalı, düzgün qidalanmalı, stressdən, idmandan çox gəzməkdən uzaq olmalıdırlar.

Qan laxtalanmasının artması və trombosit riski ilə əlaqədar olaraq degenerativ dərmanların, yəni aspirin qəbulu tövsiyə olunur. Maqnit qasırğaları zamanı oksidləşmə prosesləri sürətləndiyi üçün bunu antioksidantla kompensasiya etmək lazımdır. Lakin hər bir halda həkiminizlə məsləhətləşmək daha uyğundur.

Hava şəraitinin təsirini minimuma endirmək üçün sağlamlığın daim qeydinə qalmaq lazımdır.

Astronomların izah etdiyi qədərilə Yer planeti Günəşdən gələn radiasiyadan və digər kosmik hadisələrdən qoruyan maqnit sahəsinə malikdir. Onun sayəsində biosfer və həyat mövcuddur.

Zaman zaman Günəşdə və ulduzun daxili hissəsində partlayışlar, alovlanmalar və şok dalğaları baş verir. Nəticədə enerji hissəcikləri müxtəlif istiqamətlərə səpələnir və onların bir hissəsi Yerin maqnitosferinə düşür. Zərbə dalğası maqnitosferlə toqquşduqda planetin qoruyucu zirehi titrəməyə başlayır. Bu dalğalanmalara maqnit qasırğaları deyilir.

“Maqnit qasırğaları planetar xarakter daşıyır və Yerə yaxın kosmosa qlobal təsir göstərir. Bu zaman Yerin bütün maqnit sahəsi “narahat olur”. Bu pozulmalar müxtəlif hadisələrə səbəb olur. Yerin bütün təbəqələri – ionosfer, plazmasfer, maqnitosfer dəyişikliklərə məruz qalır. Axınlar enerjili hissəciklər və cərəyanlar əmələ gətirir”.

Hər hansı bir kosmik hadisə nəticəsində enerji dalğaları vibrasiya yaradır. Bu dalğalar insan orqanizminə birbaşa təsir göstərir.

Statistikaya görə, insult, infarkt və hipertonik xəstəliklərin 70%-i maqnit qasırğaları zamanı baş verir. Mütəxəssislər ümid edirlər ki, insanlar yuxarıda göstərilən bəzi qaydalara əmək etməklə mənfi hallardan qorunacaq.

Tacxeber.com

Oxşar xəbərlər