• 23 Noyabr 2024 07:04

Xan hədələdi: Ya dinc inqilab olacaq, ya da…

Mənə qarşı uğursuz sui-qəsd cəhdi insanları Şri-Lankada olduğu kimi, küçələrə çıxmağa vadar edir.

Tacxeber.com xəbər verir ki, bu sözləri Pakistanın sabiq baş naziri İmran Xan deyib.

“Bizdə ya dinc inqilab olacaq, ya da qanlı. İnsanlar Şri-Lankadakı kimi küçələrə çıxacaq və xaos olacaq”, – Xan bildirib.

Qeyd edək ki, o, sui-qəsd cəhdinə görə Baş nazir Şahbaz Şərifi, daxili işlər nazirini və yüksəkçinli kəşfiyyat generalını ittiham edib. Hakimiyyət isə bu ittihamı qəbul etməyib. Şərif insidenti pisləyib və araşdırma aparılmasını tələb edib.

Xanın sözlərinə görə, onu öldürmək planından bir gün əvvəl xəbər tutub. O deyib ki, ötən gün Vəzirabad şəhərində iki atıcı onun rəhbərlik etdiyi etiraz yürüşünə atəş açaraq onu öldürməyə cəhd edib.

Xan deyib ki, onun öldürülməsi planını 3 nəfər hazırlayıb.

Xatırladaq ki, ötən gün baş verən sui-qəsd cəhdi nəticəsində İmran Xan ayağından yaralanıb.

Tacxeber.com

Oxşar xəbərlər