• 23 Noyabr 2024 05:37

Fransa parlamentində irqçilik – Deputat cəzalandırıldı

Fransa parlamentində irqçilik - Deputat cəzalandırıldı

Fransa parlamentinin iclasında deputatlar arasında gərginlik yaşanıb.

Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, parlamentin iclasında LFI partiyasından olan Afrika əsilli qaradərili deputat Karlos Martens Bilonqo çıxış edərkən, ifrat sağçı Milli Birlik (RN) partiyasının deputatı Qreqoire de Fournas onun sözünü kəsib və təhqir edib.

“Afrikaya qayıdın” deyə qışqıran deputatın müdaxiləsindən sonra sessiya dayandırılıb.

Parlamentin intizam komissiyası ifrat sağçı deputata qanunverici orqanın nizamnaməsində nəzərdə tutulan ən ağır cəzanı verib.

Fournas 2 ay maaşının yarısını alacaq və 2 həftə parlamentin iclaslarına qatıla bilməyəcək.

Tacxeber.com

Oxşar xəbərlər