• 23 Noyabr 2024 05:39

“2 ildə 2 dəfə DTX Mədəniyyət Nazirliyinə gəldi, belə əxlaqsızlıq, tərbiyə, mədəniyət rəhbəri olar?”

“Mədəniyyət naziri Qənirə Paşayeva ola bilər”

“Mən ömrüm boyu Mədəniyyət nazirləri ilə vuruşmuşam. Onlar Azərbaycanı darmadağın etdilər. Polad Bülbüloğlu nazir olan vaxt Azərbaycana şedevr olan 276 əsəri rəsm qalereyasından apardı, Amerikada satdı. Muzeylərdən nələr aparmadılar? Darmadağın etdilər muzeyləri. Əhsən Dadaşovun brilliantlarla bəzədilmiş tarını da aparıb satdılar. Əbülfəs Qarayev gəldi, milyardları yığdı altına. Avropanın hər yerində, xüsusilə də Londonda otellər tikdirdi. Azərbaycanın bir neçə yerində də tikililəri var. Bunlar millət, xalq, dövlət üçün işləmədilər ki. Bunlar yaddan çıxardılar ki, Azərbaycan tarixində misilsiz tarixi olan 150 ildən tarixi olan teatrı var. İndi nə kino var, nə də teatrlar! Bu qədər vuruşmaq olar?”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, şəhid Rövşən Nurzadənin atası Əli Nur deyib. O daha sonra əlavə edib.

“Hər sahədə yeyinti var. Siz təsəvvür edin ki, Akademik Milli Dram Teatrının rekvizitləri var idi. Onların hamısını aparıb Türkiyədə satdılar. Akademik Milli Dram Teatrında bir dənə xəncər olmadı ki, mən belimə bağlayıb, səhnəyə çıxım. Hanı o xəncərlər, hanı o yapımcılar?! Hamısını darmadağın etdilər! Bunların gözü doyandır?! Sumqayıt Dövlət Dram Teatrında direktor yoxdur, sən mədəniyyət naziri, bir direktor tapa bilmirsən ora qoyasan, aktyorlar maaşlarını alsın?! Başları qarışıb eyş-işrətə, yeyib-içməyə, dövləti, büdcəni soymağa. Hansı nazir bir dənə rejissor yetişdirdi?! 30 ildə bir dənə rejissor oxutmadılar Moskvada, Leninqradda. Bunları nə kino, nə teatr, nə də ki, Azərbaycan mədəniyyəti düşündürür” deyə o bildirib.

“Bəşər tarixində görünməyib ki, mədəniyyət aləmində belə quldurluq olsun! Biz aktyorları yaddan çıxarıblar, sovet illərində aktyorlar diqqət mərkəzində idi. Müslüm Maqomayevin yubileyi keçirilir, AZDRAMA-dan bir aktyor ora dəvət olunmur. Biz unudulmuşuq, yaddan çıxmışıq. Biz dövlətin büdcəsi üçün işləyirik, tamaşalar göstəririk. Bu gün iki tədbirdə olmuşam, axşam da tamaşa oynayıram. Bu mən, o da Mədəniyyət nazirliyi. Hər şeyi cənab prezidentdən, Ali Baş Komandandan gizlədirlər. 2 ildə 2 dəfə DTX Mədəniyyət Nazirliyinə gəldi. Belə əxlaqsızlıq, tərbiyə, mədəniyət rəhbəri olar? Hansı birindən danışım?! Ora millətini, dövlətini, kinonu, teatrı, vətənini sevən kadrlar lazımdır” deyə sənətkar bildirib.

“Mədəniyyət naziri kim ola bilər sizcə?” sualına isə sənətkar belə cavab verib.

“Mədəniyyət Naziri hörmətli deputatımız Qənirə Paşayeva ola bilər” deyə cavab verib.

Tacxeber.com

Oxşar xəbərlər