• 23 Noyabr 2024 01:12

Hacı Surxay: “300 manat qazanır, deyir, əla yaşayıram“

Hacı Surxay: “300 manat qazanır, deyir, əla yaşayıram“

“Adam tanıyıram, ayda 100 min qazanır, amma dindirəndə deyir ki, vəziyyətim pisdir. Adam da var, 300 manat qazanır, deyir, əla yaşayıram. Bu, reallıqdır”.

Tacxeber.com Pravda-ya istinadla xəbər verir ki, bunu din xadimi Hacı Surxay Məmmədli bildirib.

O qeyd edib ki, bəzi insanlar milyonlar içində naşükürlük edirlər, “ağlayırlar”:

“Uşaq dünyaya gələndə necə ağlayırsa, elə bil, belələrinin də yaddaşında qalıb ki, ağlamaq lazımdır. Beş imarəti var, rahat yaşaya bilmir… İnsan var ki bir otaq evində rahat yatır, kim ona nə edəcək ki… Qiyamət günündə nankor insanlar məşhərə kor gətiriləcək. Çünki onlar bu dünyada özlərini görməzliyə vururlar”.

Tacxeber.com

Oxşar xəbərlər