Saakaşvilinin müəmmalı xəstəliyi – Həkimlər aciz qalıb Siyasət 05 Noyabr 2022 12:05 194 Həbsdə olan Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin səhhəti pisləşib. Bakupost.az xəbər verir ki, bu barədə jurnalistlərə onun anası Giuli Alasania məlumat verib. Onun sözlərinə görə, Saakaşvili mart ayından xeyli arıqlayıb və temperaturu mütəmadi olaraq yüksəlir. Siyasətçinin anası əlavə edib ki, həkimlər oğlunu dəfələrlə müayinə etsələr də, xəstəliyin səbəbini öyrənə bilməyiblər. Saakaşvili özü də müalicə üçün Gürcüstanı tərk etməsinə icazə veriləcəyini gözləyir. Tacxeber.com