• 22 Noyabr 2024 20:24

Ukraynaya nüvə zərbəsi endiriləcəyi təqdirdə Rusiyanı nə gözləyir?

Ukraynaya nüvə zərbəsi endiriləcəyi təqdirdə Rusiyanı nə gözləyir?

NATO baş katibi Yens Stoltenberqin fikrinə görə kütləvi qırğın silahlarından istifadə genişmiqyaslı müharibənin gedişatını dəyişəcək.

Tacxeber.com xarici mətbuata istinasən bildirir ki, Yens Stoltenberq Ukraynaya nüvə zərbəsi endirilməsi ehtimalın şərh edib.

Yeni müsahibəsində Stoltenberq Rusiyanın tam miqyaslı işğalda nüvə silahından istifadə etmə ehtimalının az olduğunu qeyd edib. Buna baxmayaraq Qərb yenə də Kremldən gələn nüvə təhlükəsinə ciddi yanaşır.

“Rusiyanın Ukraynada nüvə silahından istifadə etməsi riski azdır, lakin nəticələri böyük olacaq. Ona görə də biz bunu çox ciddi qəbul edirik. Rusiya məsuliyyətsiz və ehtiyatsız davranır”- deyə NATO-nun baş katibi qeyd edib.

O həmçinin əlavə edib ki, nüvə silahından istifadə münaqişənin gedişatını dəyişəcək.

Stoltenberq hazırda NATO-ya daxil olmaq üçün müəyyən prosedurlardan keçən İsveç və Finlandiyada nüvə potensialının yerləşdirilməsi imkanının real olub-olmayacağı sualını da cavablandırıb. Baş katibin sözlərinə görə, alyans nüvə mövqelərini dəyişməyi və genişlənməyi planlaşdırmır. Yens Stoltenberq ölkələrin təşkilata daha tez qoşulmasına ümid etdiyini bildirib.

Bundan əlavə, Stoltenberq Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynaya dəstəyi davam etdirmək lazım olduğunu bildirib. Onun fikrinə görə Rusiyanın qələbəsi bütün dünyaya ziyan vuracaq.

“Ukraynanı dəstəkləməyə davam etməyimiz vacibdir. Putinin yox, Ukraynanın qalib gəlməsi hamımız üçün vacibdir” – deyə Yens Stoltenberq bildirib.

Bütün bunlara baxmayaraq, Stoltenberq Moskvanın da dünyada aclıq problemini həll etmək üçün hərbi əməliyyatların dayandırılmasını istədiyinə inanır.

Xatırladaq ki, bundan əvvəl Yens Stoltenberq Rusiyanın nüvə silahından istifadə etməsindən sonra NATO-nun birbaşa müharibəyə girəcəyini bildirmişdi.

Tacxeber.com

Oxşar xəbərlər