• 25 Noyabr 2024 20:08

Rişi Sunakın Rusiyada biznesi ÜZƏ ÇIXDI – Britaniya müxalifəti hesabat TƏLƏB EDİR

Böyük Britaniyanın baş naziri Rişi Sunakın qayınatası Narayana Murti tərəfindən qurulan Hindistanın İT xidmətləri üzrə ixtisaslaşmış “Infosys” şirkəti Rusiyada fəaliyyətini davam etdirir.

Tacxeber.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti yazıb.

Qəzet İT nəhənginin Moskvada tutduğu ofis üçün pul ödəməyə və yerli subpodratçılara ödəniş həyata keçirməyə davam etdiyini yazıb.

“Hələ bu ilin aprel ayında şirkətin baş icraçı direktoru Salil Parekx şirkətin Rusiyadan biznesini köçürməyə başladığını bildirmişdi. Onun sözlərinə görə, “Infosys” Ukraynadakı vəziyyətdən “çox narahat olub” və “humanitar yardım üçün 1 milyon dollar ayırıb”. Salil Parekh Moskva ofisinin Rusiyadan bir müştəri almadığını da iddia etmişdi.Lakin həmin bəyanatdan 7 ay sonra şirkətin ofisinin yerləşdiyi evin xarici divarında loqotip hələ də qlır”, – deyə, “The Guardian”dakı məqalədə qeyd olunub.

Britaniya müxalifəti Sunakdan ailəsinin müharibə zamanı Rusiyada pul qazanmağa davam etməsinin izah verilməsini tələb edib.

Doğrudur, “Infosys”, əslində, bir Hindistan şirkətidir və rəsmi Nyu-Dehlinin Rusiya ilə münasibətləri olduqca yaxşıdır. Lakin baş nazirin xanımı Akşata Murtinin “Infosys”də 0,91%-lik payı var. Onun əlindəki səhmlərin qiyməti 700 milyon dollar, bütövlükdə şirkət özü isə 77 milyard dollar civarında dəyərləndirilir. (Musavat.com)

Tacxeber.com

Oxşar xəbərlər