Bu içki qədim Çin və Hindistanın təbabətində müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunurdu.
İçkinin tərkibi çox sadədir – limon və sarıkök. Limonlu-sarıköklü içkinin bir çox faydalı xüsusiyyətləri var.
Tacxeber.commedikforum.ru-ya istinadla sizə bu faydaları təqdim edir:
– soyuqdəymə və qripp xəstəlikləri zamanı sağalmanı tezləşdirir, xəstənin vəziyyətini yüngülləşdirir
– orqanizmdə iltihabları azaldır
– orqanizmə xərçəng əleyhinə təsir edir
– nəfəsalma orqanların sağlamlığı üçün faydalıdır
– orqanizmi ziyanlı maddələrdən təmizləyir
– orqanizmin tonusunu qaldırır
– əzələ ağrılarını azaldır
– böyrəklərin sağlamlığı üçün faydalıdır
– orqanizmi cavanlaşdırır.
İçkini hazırlamaq üçün 250 ml ilıq su, 1/3 ç.q. sarıkök və yarım limonun şirəsi götürülür. Sarıkök və limon şirəsi suya əlavə olunur, yaxşı qarışdırılır. 1 ç.q. bal əlavə edə bilərsiniz.
Nəzərə almaq lazımdır ki, bəzi xəstəliklər zamanı (qaraciyər, öd kisəsi xəstəlikləri və s.) bu içkinin qəbul etməyi tövsiyə edilmir. (Saglamol.az)