• 23 Noyabr 2024 06:50

İranla Ərəbistan arasında qalmaqal: kəşfiyyat avadanlığı ələ keçib?

“İranın xüsusi xidmət orqanları Səudiyyə Ərəbistanından gələn pul və kəşfiyyat avadanlığından ibarət yükü ələ keçirib.
Bakupost.az Teleqram kanallarına istinadən xəbər verir ki, bu barədə İran ordusunun baş komandanı, general Əbdülrəhim Musəvi bildirib.
O iddia edib ki, Ər-Riyaddan gələn yük İrandakı etirazçılar üçün nəzərdə tutulub.
“Səudiyyə Ərəbistanı İran daxilindəki üsyançılara çoxlu pul, kəşfiyyat və casusluq ləvazimatları göndərdi, lakin bütün bunlar İran xüsusi xidmət orqanlarının əlinə keçdi”, – deyə Musəvi bildirib.

Oxşar xəbərlər