• 22 Noyabr 2024 20:11

Putinin aşpazı” Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsini təsdiq edib

“Hər iki böyrəyi və qara ciyəri kənar edəcəyik…”
“Biz müdaxilə etmişik, edirik və edəcəyik-səliqəli, dəqiq, cərrahi üsulla və özümüz bacardığımız kimi…”
“Putinin aşpazı” Rusiyanın ABŞ-da seçkilərə müdaxiləsini təsdiq edib
Rusiya prezidentinə yaxın olan və buna görə də “Putinin aşpazı” adlandırılan rusiyalı sahibkar, “Konkord” şirkətinin sahibi, “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin “Russia News” portalının Rusiya tərəfindən və onun özünün ABŞ-da seçkilərə, o cümlədən 8 noyabrda Konqresə keçiriləcək aralıq seçkilərinə “təcavüz  cəhdləri” barədə sorğusunu şərh edib.
“Mən sizə çox incə, nəzakətli cavab verəcəyəm və, üzr istəyirəm, müəyyən dərəcədə ikibaşlılığa yol verəcəyəm”, – sahibkar “Konkord”a məxsus “V kontakte” səhifəsində isteza ilə cavab verib.
“Cənablar, biz müdaxilə etmişik, edirik və edəcəyik. Səliqəli, dəqiq, cərrahi üsulla və özümüz bacardığımız kimi edəcəyik. Bizim dəqiq əməliyyatlarımızın gedişinə biz eyni zamanda iki böyrəyi və qara ciyəri kənar edəcəyik”.
Noyabrın 3-də “Bloomberg” agentliyi “Qrafika” firmasının analitikinə istinadən məlumat verib ki, Rusiya ilə əlaqəli olan sosial şəbəkələr qrupları mütəşəkkil və məqsədyönlü şəkildə müəyyən memləri (sjyasi karikaturalar) yeridərək, ABŞ Konqresinə seçkilərin nəticələrinə təsir etmək istəyir.
İddia edilir ki, bu adamar irqi və təhrikedici ritorikanı işə salaraq Demokrat Partiyasından olan namizədlərə mane olmaq və əksinə Respublikaçılar Partiyasına kömək etmək niyyətində olub.
Qərb KİV-ləri dəfələrlə iddia edib ki, Respublikaçılar Partiyasının qələbə qazanacağı təqdirdə ABŞ Ukraynaya yardımı azalda və ya büsbütün kəsə bilər.
Bu barədə o cümlədən “Washington Post” qəzetinin icmalçısı və beynəlxalq münasibətlər üzrə mütəxəssis İşaan Tarur bəyan edib.
Buna cavab olaraq Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bu gün bəyan edib ki, Rusiyanın ABŞ-da seçkilərə müdaxilə barəsində ittihamları Amerika demokratlarının Konqresə seçkilərdə məğlubiyyətinə haqq qazandırmaq cəhdidir.
Sabah, noyabrın 8-də Konqresin hər iki palatasına aralıq seçkiləri keçiriləcək, 435 nəfər Nümayəndələr Palatasına üzv və 100 senatordan 35 nəfəri seçiləcək.

Tacxeber.com

Oxşar xəbərlər