• 26 Noyabr 2024 15:19

Burnunuz qanayırsa, səbəbi bunlardan biridir

Hər il insanların təxminən 5-10%-i fəal şəkildə burun qanaxması ilə qarşılaşır.

Tacxeber.com xəbər verir ki, bu qanaxmaların 90%-i öz-özünə keçib getdiyi halda, digər 10%-nə həkim müdaxiləsi lazım olur. Burun qanaxmasının 8 əsas səbəbini təqdim edirik:

1. Burnu barmaqla və ya hər hansı əşyayla eşmə – Bu, xüsusilə uşaqlarda tez-tez rast gəlinən hadisədir.

2. Travmalar – Hər hansı plastik əməliyyat, üzgüçülük və ya suya baş vurma zamanı yaranan təzyiq, uzunmüddətli spreylərdən istifadə burun qanaxmasına gətirib çıxarır.

3. Burun çəpərində əyrilik – Bu, normal hava axınını pozduğu üçün nəfəs yolunda quruma başlayır və qanaxmaya səbəb olur. Əməliyyatla problem həll olunarsa, qanaxmalar da yoxa çıxar.

4. İstilik sistemləri – Xüsusilə, qış aylarında istilik sistemlərinin nəfəs yollarında yaratdığı quruluq, infeksiya səbəbindən uşaq və yeniyetmələrdə burun qanaxmasına daha çox rast gəlinir.

5. Şişlər – Burun daxilindəki şişlər və sinuslar qanaxmaya səbəb olan amillərdəndir.

6. Hormonal pozğunluq – Hamiləlik dövründə qanın miqdarının artması səbəbindən burun qanaxmalarına tez-tez rast gəlinir.

7. Ürək-damar xəstəlikləri – Yüksək təzyiq, ürək çatışmazlığı kimi problemlər qanaxmalara səbəb olur.

8. Hemofiliya (qanın laxtalanmaması) – Anadangəlmə və ya sonradan yaranan bu xəstəlik daşıyıcıların həyatı üçün böyük risk yaradır. Belə xəstələrdə burun qanaxması tez-tez ortaya çıxan əlamətdir.

Tacxeber.com

Oxşar xəbərlər