Toivo Klaar: “Ermənistan və Azərbaycan arasında aparılan danışıqları
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan və Azərbaycan arasında danışıqların sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracağına ümid edir.
Tacxeber.com xəbər verir ki, bu barədə avropalı diplomat özünün Twitter mikrobloqunda məlumat verib.
O, hər iki respublikanın Xarici İşlər nazirlərinin ötən bazar ertəsi Vaşinqtonda keçirilən görüşünü ümidverici adlandırıb.
“Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mühüm görüş baş tutub. Ararat Mirzoyan və Ceyhun Bayramovun ikitərəfli sülh müqaviləsinin bağlanması üçün substantiv danışıqlar prosesinin aparılması ümidvericidir”- deyə o bildirib.
Ötən gün isə Ermənistan Xarici İşlər Nazirliyi Vaşinqtonda hər iki respublikanın xarici işlər nazirləri arasında danışıqların nəticələrini təqdim edib. Bildirilib ki, Ermənistan danışıqların gedişini sürətləndirmək qərarına gəlib.
Qeyd edək ki, yaxın həftələrdə xarici işlər nazirləri səviyyəsində yeni görüşün keçirilməsi barədə razılıq əldə olunub.